Avropada təbii qaz qiymətləri həftə ərzində 25 faizdən çox bahalaşıb ki, bu da son 2 ildə qeydə alınan ən böyük həftəlik artım göstəricisidir.
NTV xarici mediaya istinadla xəbər verir ki, qısamüddətli təbii qaz fyuçersləri aylardır davam edən ləng ticarət diapazonundan çıxmaqla iyul ayından bəri ən yüksək səviyyələrinə çatıb. “Mavi yanacağın” qiymətindəki həftəlik artımın 2023-cü ilin oktyabr ayından bəri ən yüksək səviyyəyə çatacağı gözlənilir.
Niderlandın TTF habında qazın qiyməti meqavat-saat üzrə 7,1 faiz artaraq 35,52 avro təşkil edib. Qitədəki qaz anbarlarının doluluq nisbəti isə 52 faizdən aşağıdır. Bu, son 5 ildəki mövsümi orta göstərici olan 67 faizdən çox aşağıdır.
Ekspertlərin fikrincə, qazın qiymətindəki artım “köhnə qitə”də müşahidə olunan soyuq hava şəraiti səbəbindən investorların qısamüddətli müqavilələrə üz tutmaması fonunda baş verib. Hazırda qiymətlər 2022-ci ildəki enerji böhranı zamanı müşahidə olunan rekord göstəricilərdən uzaqda olsa da, bu kəskin yüksəlişin Avropanın təbii qaz bazarının uzunmüddətli tələbat artımlarına və dəyişkənliyə qarşı həssaslığını bir daha nümayiş etdirir. Eyni zamanda, dolululuq nisbətinin bu səviyyəyə enməsi isə yay aylarında anbarların doldurulması riskini də artırır.
