2025-ci ildə Azərbaycanda əsas kapitala 21226,1 milyon manat məbləğində, yaxud 2024-cü illə müqayisədə 5,6 % az investisiya yönəldilib.
NTV bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 10,3 %, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 3,9 % azalıb. İstifadə olunmuş investisiyanın 10972,1 milyon manatı və ya 51,7 %-i məhsul istehsalı sahələrinə, 7179,6 milyon manatı (33,8 %-i) xidmət sahələrinə, 3074,4 milyon manatı (14,5 %-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş investisiyaların 17023,0 milyon manatını və ya 80,2 %-ini daxili investisiyalar təşkil edib.
Əsas kapitala yönəldilmiş investisiyaların 16018,3 milyon manatı və ya 75,5 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
