satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda tətbiq edilən vergi və sosial sığorta güzəştləri barədə məlumat verilib - FOTOLAR

Naxçıvanda tətbiq edilən vergi və sosial sığorta güzəştləri barədə məlumat verilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda tətbiq edilən vergi və sosial sığorta güzəştləri barədə məlumat verilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda tətbiq edilən vergi və sosial sığorta güzəştləri barədə məlumat verilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda tətbiq edilən vergi və sosial sığorta güzəştləri barədə məlumat verilib<font color=red> - FOTOLAR</font>

NTV xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Naxçıvan Şəhər Vergilər İdarəsinin fəaliyyət dairəsinə daxil olan sahibkarlıq subyektlərinin nümayəndələri ilə görüş keçirilib. Tədbirdə  mikro və kiçik sahibkarlar iştirak ediblər.

Görüş zamanı Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətində tətbiq edilən vergi və sosial sığorta güzəştləri barədə ətraflı məlumat verilib. Bildrilib ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin əsas istiqamətləri sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, büdcə gəlirlərinin tənzimlənməsi, vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi və “kölgə iqtisadiyyatı”na qarşı mübarizə ilə bağlıdır. “Sosial sığorta haqqında” qanuna edilən dəyişikliklər isə sahibkarların sosial sığorta yükünün optimallaşdırılmasını və Naxçıvan Muxtar Respublikasında ödənilən məcburi dövlət sosial sığorta haqlarının dövlət büdcəsi hesabına subsidiyalaşdırılmasını nəzərdə tutur.

Qeyd olunub ki, tətbiq olunan uzunmüddətli vergi və sosial güzəşt mexanizmləri Naxçıvan Muxtar Respublikasında istehsalın genişləndirilməsinə, yeni iş yerlərinin açılmasına, yerli sahibkarlığın inkişafına və regionun iqtisadi potensialının daha da güclənməsinə mühüm töhfə verəcək.

Sonda sahibkarları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM