satellite   Azerspace-1: 11135 H 30000

Elektron satınalmaların sayı artıb - FOTOLAR

Elektron satınalmaların sayı artıb<font color=red> - FOTOLAR</font> Elektron satınalmaların sayı artıb<font color=red> - FOTOLAR</font>

2025-ci ilin yanvar-noyabr ayları ərzində keçirilmiş elektron satınalmaların sayı 8411, məbləği isə 4,1 milyard manat təşkil edib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən NTV-yə bildirilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə elektron satınalmaların sayında 6,4 faiz, məbləğ üzrə isə 16,5 faiz artım müşahidə edilib.

Bəhs edilən dövrdə açılışı baş tutmuş müsabiqələr üzrə orta təchizatçı sayı 3,5 təşkil edib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə açılışı baş tutmuş satınalmalarda orta iştirakçı sayı üzrə ümumilikdə 2,9 faiz artım qeydə alınıb.

Satınalma prosedurlarının rəqəmsallaşdırılması prosesin bütün mərhələlərinin açıq şəkildə izlənməsinə imkan yaratmaqla yanaşı, bu sahədə hesabatlılığı gücləndirir və maliyyə resurslarının optimal istifadəsini təmin edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM