2025-ci ildə Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 206,434 milyon barel neft nəql edilib.
Bu barədə NTV Türkiyənin BOTAŞ şirkətinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü il ilə müqayisədə 17,708 milyon barel və ya 7,9 % azdır.
Təkcə ötən ilin dekabr ayında Türkiyə ərazisi ilə BTC kəməri vasitəsilə 17,319 milyon barel neft nəql edilib. Bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə 2,762 milyon barel və ya 13,7 % azdır.
Xatırladaq ki, 2024-cü ildə Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 224,142 milyon barel neft nəql edilib.
Qeyd edək ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasil edilən nefti və "Şahdəniz" yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.
