satellite   Azerspace-1: 11135 H 30000

2025-ci ildə korrupsiya cinayəti törədən 18 şəxs cinayət başında yaxalanıb

2025-ci ildə korrupsiya cinayəti törədən 18 şəxs cinayət başında yaxalanıb

Ötən il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 114 cinayət işi başlanılıb.

NTV   xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2025-ci ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində deyilib.

Bildirilib ki, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 18 şəxs cinayət başında yaxalanıb.

Hesabat dövrü ərzində Baş İdarə tərəfindən 174 şəxs barəsində 104 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib.

Məhkəmələrə göndərilmiş cinayət işlərinin mütləq əksəriyyəti üzrə ittiham hökmləri çıxarılmış, qalanları isə hazırda məhkəmə baxışındadır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM