satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda vergi daxilolmaları 3 %-ə yaxın artıb

Naxçıvanda vergi daxilolmaları 3 %-ə yaxın artıb

Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 79,5 milyon manat vergi daxil olub.

NTV quruma istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,8 % çoxdur.

Ötən 4 ayda muxtar respublikada qeyri-dövlət sektorundan daxilolmalar 57,3 milyon manat təşkil edib. İllik müqayisədə bu sektordan vergi daxilolmaları 9,4 % çox olub.

Hesabat dövründə Naxçıvanda işsizlikdən sığorta haqları üzrə daxilolmalar isə 6,4 % artaraq 1,6 milyon manat olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM