Mənzil siyasətində maliyyələşmə ilə yanaşı idarəetmə də vacibdir.
NTV xəbər verir ki, bunu maliyyə nazirinin I müavini, İpoteka və Kredit Zəmanət Fondunun Müşahidə Şurasının üzvü Anar Kərimov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Mənzil Maliyyələşdirilməsi üçün Yeni Razılaşma" adlı tədbirdə bildirib.
"İpoteka modelini çox vacib edən nədir? O, təkcə dövlət dəstəyini deyil, həm də kapital bazarı maliyyələşməsini birləşdirir. Çünki biz çox danışırıq ki, bu, təkcə maliyyələşmə deyil, həm də idarəetmə ilə bağlıdır. Beləliklə, bir tərəfdən hökumət həssas qruplar üçün güzəştli sosial ipotekaları dəstəkləyir; digər tərəfdən isə daxili kapital bazarında istiqraz emissiyası mövcuddur. Və bu balans çox önəmlidir.
Standart ipotekalar vətəndaşlar üçün əlçatandır, lakin qaçqınlar, məcburi köçkünlər, hərbi qulluqçular, sosial cəhətdən əhəmiyyətli qruplar, müəllimlər və təbii ki, müharibədən qayıdan şəxslərin ailələri kimi həssas qruplar üçün güzəştli mənzillər də mövcuddur", - deyə o qeyd edib.
