satellite   Azerspace-1: 11135 H 30000

Nazir müavini: "Mənzil islahatları davam etdiriləcək"

Nazir müavini: "Mənzil islahatları davam etdiriləcək"

Azərbaycanda mənzilə yüksək tələbat səbəbindən islahatlar davam etdiriləcək.

NUHÇIXAN xəbər verir ki, bunu maliyyə nazirinin I müavini, İpoteka və Kredit Zəmanət Fondunun Müşahidə Şurasının üzvü Anar Kərimov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Mənzil Maliyyələşdirilməsi üçün Yeni Razılaşma" adlı tədbirdə bildirib.

"Mənzİl maliyyələşməsində digər böyük transformasiya rəqəmsallaşma olub. Bu, təkcə maliyyələşmə deyil, həm də idarəetmə ilə bağlıdır. Beləliklə, rəqəmsallaşma Azərbaycanda mənzil maliyyələşdirilməsində idarəetmənin çox vacib hissəsidir. Xoşbəxtlikdən, proses tamamilə elektronlaşdırılıb; indi müraciət, yoxlamalar, təsdiqlər, hamısı elektron hökumət sistemləri vasitəsilədir. Lakin etiraf etməliyəm ki, mənzilə tələbat hələ də yüksək olaraq qalır və buna görə də islahatlar davam etdirilməlidir", - deyə o qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM