satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan OPEC Beynəlxalq İnkişaf Fondu ilə əməkdaşlıq istiqamətlərini müzakirə edib

Azərbaycan OPEC Beynəlxalq İnkişaf Fondu ilə əməkdaşlıq istiqamətlərini müzakirə edib

Azərbaycan və OPEC Beynəlxalq İnkişaf Fondu arasında əməkdaşlığın başlıca istiqamətləri nəzərdən keçirilib.

NTV xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

O qeyd edib ki, bu müzakirələr İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində OPEC Beynəlxalq İnkişaf Fondunun prezidenti Əbdülhəmid Əlxəlifə ilə görüşdə aparılıb.

Nazir qeyd edib ki, 2025-2030-cu illəri əhatə edən Ölkə Tərəfdaşlıq Çərçivəsinin uğurlu icrası, su təchizatının, sosial infrastrukturun və ekoloji dayanıqlığın təkmilləşdirilməsi istiqamətində görülən işlər, özəl sektora dəstək və regional bağlantı layihələrində iştirak imkanları barədə müzakirələr aparılıb.

Qeyd edək ki, OPEC Beynəlxalq İnkişaf Fondu (OPEC Fund for International Development) neft ixrac edən ölkələrin üzv olduğu Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) inkişaf etməkdə olan ölkələrlə maliyyə əməkdaşlığını təmin edən qurumdur. Fond 1976-cı ildə bütün dünyada iqtisadi və sosial inkişafı dəstəkləmək məqsədilə təsis edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM