satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda emal sənayesi 4 %-ə yaxın böyüyüb

Azərbaycanda emal sənayesi 4 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-may aylarında Azərbaycanın emal sənayesində 8 milyard 999,9 milyon manat dəyərində məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

NTV bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 % çoxdur.

Emal sənayesində ən çox artım avtomobil, qoşqu və yarımqoşquların istehsalında (2,8 dəfə), toxuculuq sənayesində (+32,2%), maşın və avadanlıqların quraşdırılması və təmiri işlərində (+27,9%), tütün məmulatlarının istehsalında (+20,6%), elektrik avadanlıqları istehsalında (+18,4%), əczaçılıq məhsullarının istehsalında (+14,6%), kağız və karton istehsalında (+13,5%), qida məhsullarının istehsalında (+10,7%) olub.

Xatırladaq ki, 5 ay ərzində ölkədə sənaye istehsalının ümumi dəyəri illik müqayisədə 0,2 % artaraq 27 milyard 524,2 milyon manat, o cümlədən neft-qaz sənayesi istehsalının ümumi dəyəri 0,9 % azalaraq 18 milyard 567,9 milyon manat, qeyri-neft-qaz sənayesi istehsalının ümumi dəyəri 5,8 % artaraq 8 milyard 956,3 milyon manat,

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM