2026-cı ilin yanvar-may aylarında ölkədən 349,03 ton çay ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,1 faiz çoxdur.
Dövlət Gömrük Komitəsindən NTV-yə bildirilib ki, ixrac edilən çayın dəyəri 16,8 faiz artaraq 3 milyon 14,6 min dollar olub.
Xatırladaq ki, 2025-ci ilin yanvar-may aylarında isə Azərbaycandan 2 milyon 581,54 min dollar dəyərində yəni, 288,27 ton çay ixrac edilib.
