satellite   Azerspace-1: 11135 H 30000

Katalin Predoyu: Bakı üzərindən keçən marşrutların genişlənməsi Rumıniya üçün də yeni iqtisadi imkanlar yaradır - FOTOLAR

Katalin Predoyu: Bakı üzərindən keçən marşrutların genişlənməsi Rumıniya üçün də yeni iqtisadi imkanlar yaradır<font color=red> - FOTOLAR</font> Katalin Predoyu: Bakı üzərindən keçən marşrutların genişlənməsi Rumıniya üçün də yeni iqtisadi imkanlar yaradır<font color=red> - FOTOLAR</font>

Rumıniyanın daxili işlər naziri və Milli Liberal Partiyasının (PNL) liderlərindən biri Katalin Predoyu hesab edir ki, ölkədə tam səlahiyyətli hökumətin olmaması Rumıniyanın Avrasiya məkanında formalaşan yeni iqtisadi və nəqliyyat marşrutlarında strateji mövqe qazanmaq imkanlarını zəiflədə bilər.

NTV “Agerpres” milli xəbər agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, K.Predoyu bildirib ki, qlobal miqyasda ticarət, enerji və logistika marşrutları uğrunda rəqabətin gücləndiyi bir dövrdə Rumıniya həlledici mərhələyə daxil olub.

Onun sözlərinə görə, Qara dəniz, Mərkəzi Avropa, Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiyanın kəsişməsində yerləşən Rumıniya Avropanın əsas bağlantı mərkəzlərindən birinə çevrilmək potensialına malikdir. Lakin siyasi qeyri-müəyyənlik və tam səlahiyyətli hökumətin olmaması bu imkanlardan istifadəni çətinləşdirir.

K.Predoyu xüsusilə Orta Dəhlizin əhəmiyyətinə diqqət çəkib. O qeyd edib ki, Çin və Mərkəzi Asiyanı Xəzər dənizi, Cənubi Qafqaz və Qara dəniz vasitəsilə Avropa ilə birləşdirən bu marşrut Rusiyadan keçən ənənəvi ticarət yollarına alternativ kimi sürətlə inkişaf edir. Nazirin fikrincə, Konstansa limanı Azərbaycan, Gürcüstan və Qara dəniz vasitəsilə daşınan yüklərin Avropa İttifaqına daxil olduğu əsas qapılardan birinə çevrilə bilər.

K.Predoyu bildirir ki, Azərbaycan artıq Orta Dəhlizin əsas iştirakçılarından biri kimi çıxış edir və Xəzər hövzəsi ilə Avropa arasında nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynayır. Onun fikrincə, Bakı üzərindən keçən marşrutların genişlənməsi Rumıniya üçün də yeni iqtisadi imkanlar yaradır. Nazir, həmçinin Azərbaycan, Ermənistan və Naxçıvan arasında formalaşan yeni nəqliyyat bağlantılarına da toxunub. O qeyd edib ki, 2025-ci ilin avqustunda Vaşinqtonda əldə olunmuş razılaşmalardan sonra gündəmə gələn yeni marşrutlar Cənubi Qafqazın geoiqtisadi əhəmiyyətini daha da artırır və Avropa ilə Asiya arasında yükdaşımaların sürətlənməsinə xidmət edə bilər.

K.Predoyu Qara dəniz hövzəsinin enerji təhlükəsizliyi baxımından da strateji əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, Gürcüstan və Rumıniya arasında planlaşdırılan sualtı enerji kabeli layihəsi, eləcə də Azərbaycan və Mərkəzi Asiya ölkələrinin bu təşəbbüsə qoşulmaq marağı Rumıniyanı Avropaya yaşıl enerji axınının əsas qovşaqlarından birinə çevirə bilər.

Təhlildə bildirilir ki, Rumıniya üçün digər mühüm istiqamətlərdən biri də Yunanıstan, Bolqarıstan, Rumıniya, Ukrayna və Moldovanı birləşdirən “şaquli dəhliz” layihəsidir. ABŞ və Avropa İttifaqının dəstəklədiyi bu təşəbbüs enerji, logistika və ticarət əlaqələrinin inkişafına xidmət edir.

K.Predoyunun fikrincə, bütün bu layihələri birləşdirən əsas amil onların Qara dəniz hövzəsində kəsişməsidir. O vurğulayıb ki, Rumıniya Konstansa limanı, Dunay–Qara dəniz kanalı, Dunay çayı və Avropa İttifaqının vahid bazarına çıxışı sayəsində unikal üstünlüklərə malikdir. Lakin bu üstünlüklərin real nəticəyə çevrilməsi üçün siyasi sabitlik, sürətli qərar qəbulu və beynəlxalq danışıqlarda fəal iştirak vacibdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM