Cari ilin yanvar-may aylarında Azərbaycan 62 milyon 305,93 min dollar dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib. Bu göstərici 2025-ci ilin eyni ayları ilə müqayisədə 2,6 faiz azdır.
Dövlət Gömrük Komitəsindən NTV-yə bildirilib ki, hesabat dövründə, həmçinin ölkədən 7 milyon 528,7 min dollar dəyərində kakao və ondan hazırlanan məhsullar ixrac edilib. Bu isə illik müqayisədə 41,3 faiz artım deməkdir.
Hesabat dövründə kakao və ondan hazırlanan məhsullar üzrə ixrac Azərbaycanın ümumi ixracının 0,05 faizini, idxalı isə ümumi idxalın 0,91 faizini təşkil edib.
