satellite   Azerspace-1: 11135 H 30000

Neft qiymətləri müharibədən əvvəlki səviyyələrə qayıdıb

Neft qiymətləri müharibədən əvvəlki səviyyələrə qayıdıb

Birjalarda xam neft qiymətləri Yaxın Şərqdəki müharibədən əvvəlki səviyyələrə geri qayıdıb.

NTV  xəbər verir ki, “Brent” markalı xam neftin qiyməti gün ərzində 3 faizdən çox ucuzlaşaraq 75 dollardan aşağı düşüb. Bu rəqəm müharibə başlamadan öncəki gündən bəri ən aşağı gösəricidir. Hazırda “Brent”in bir bareli 74,6 dollara, “Light” markalı xam neftin bir bareli isə 71 dollara satılır. Neft qiymətləri münaqişənin ən qızğın dövründəki pik həddlə müqayisədə hazırda təxminən 40 faiz ucuzlaşıb.

Ekspertlərin fikrincə, Yaxın Şərqdəki son inkişaflar neft bazarlarında geosiyasi riskin azalmasına və neft qiymətlərini müharibədən əvvəlki səviyyələrə qayıtmasına səbəb olub. Enerji qiymətlərinin ucuzlaşması Hörmüz boğazından neft tankerlərinin hərəkətinin artması fonunda baş verir. Eyni zamanda, ABŞ və İranın münaqişənin sona çatması istiqamətində irəliləyişlərə işarə edən açıqlamaları da qiymətin aşağı istiqamətli dəyişməsinə təsir göstərir. Hörmüzdə gəmi trafikinin davamlı artması münaqişənin ən qızğın dövründə boğazda yaranan fasilələri aradan qaldırmaq üçün tətbiq edilən alternativ həllərin effektivliyini də artırıb.

Bundan başqa, Beynəlxalq Dəniz Təşkilatı yüzlərlə gəminin Körfəzdən çıxmasına imkan verən təhlükəsizlik zəmanətləri aldığını açıqlayıb.

Qeyd edək ki, Yaxın Şərqdəki 100 gündən çox müddətdə davam edən münaqişə müddətdə birjalarda neft qiyməti 75 ilə 126 dollar arasında kəskin dalğalanmalar nümayiş etdirib. “Brent”in fyuçers qiymətləri münaqişədən əvvəlki son ticarət günündə - fevralın 27-də 72,48 dollar idi. Geosiyasi narahatlıqlar səbəbindən martın 2-də “Brent”in qiyməti 82,37 dollara, martın 6-da isə 90 dollara yüksəlib və həftəni 92,69 dollarda tamamlayıb. Bu, 2020-ci ilin aprel ayından bəri neft qiymətlərində təxminən 27,9 faizlə ən sürətli həftəlik artım olub.

Qiymətdəki dalğalanmalar martın ikinci həftəsində güclənib və martın 9-da “Brent” 119,5 dollara satılıb. Aprelin 8-də qiymət kəskin, təxminən 17,3 faiz azalaraq 90,40 dollar təşkil edib. “Brent”in qiyməti aprelin 30-da 126,41 dollara yüksəlib və münaqişənin başlanğıcından bəri ən yüksək səviyyə çatıb. Bu qiymət təxminən son 4 ildə ən yüksək səviyyə kimi qeydə alınıb. “Brent”in qiyməti aprel ayı ərzində 86-126 dollar arasında kəskin dalğalanmalar yaşayıb. May ayı ərzində qiymətlər 91-115 dollar arasında dəyişib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM