satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və Həştərxan vilayəti arasında regional iqtisadi əlaqələrin möhkəmləndirilməsi nəzərdən keçirilib

Azərbaycan və Həştərxan vilayəti arasında regional iqtisadi əlaqələrin möhkəmləndirilməsi nəzərdən keçirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiyanın Həştərxan vilayətinin vitse-qubernatoru-hökumət sədri Denis Afanasyev ilə görüşüb.

Nazirlikdən NTV-yə  bildirilib ki, görüşdə Azərbaycanla Rusiyanın ayrı-ayrı bölgələri, o cümlədən Həştərxan vilayəti ilə uğurlu iqtisadi əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.

Qarşılıqlı investisiya imkanlarının təşviqi, biznes subyektləri arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Birgə təşəbbüslərin və təşkil olunan işgüzar tədbirlərin iqtisadi tərəfdaşlığın möhkəmlənməsinə töhfə verdiyi bildirilib. Tərəflər regional iqtisadi əlaqələrin möhkəmləndirilməsi, sənaye, ticarət, nəqliyyat, logistika, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.

Biznes dairələri arasında əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə işgüzar platformaların fəaliyyətinin gücləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM