Bu ilin yanvar-may aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 80,536 milyon barel neft nəql edilib.
Bu barədə NTV Türkiyənin BOTAŞ şirkətinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2025-ci ilin 5 ayı ilə müqayisədə 7,975 milyon barel və ya 9 % azdır.
Təkcə may ayında isə bu kəmər vasitəsilə 16,524 milyon barel neft nəql edilib ki, bu da 2025-ci ilin may ayı ilə müqayisədə 1,233 milyon barel və ya 6,9 % azdır.
Xatırladaq ki, 2025-ci ildə Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 206,434 milyon barel neft nəql edilib.
Qeyd edək ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasil edilən nefti və "Şahdəniz" yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.
