satellite   Azerspace-1: 11135 H 30000

Avropada qazın qiyməti iyunda 6,2% ucuzlaşıb

Avropada qazın qiyməti iyunda 6,2% ucuzlaşıb

Avropada təbii qazın orta birja qiyməti iyun ayında may ayı ilə müqayisədə 6,2% azalaraq hər min kubmetr üçün 535,3 ABŞ dolları təşkil edib.

Bu barədə NTV Londonun ICE birjasının məlumatları əsasında apardığı hesablamalara istinadən məlumat verir.

Məlumata görə, Avropanın ən böyük qaz habı olan Niderlanddakı TTF indeksi üzrə ən yaxın fyuçerslərin orta hesablaşma qiyməti hər min kubmetr üçün 535,3 dollar olub.

İyunun əvvəlində qaz kotirovkaları maksimum 613,4 dollaradək yüksəlib. Ən aşağı qiymət isə 25 iyun tarixində – 470,8 dollar səviyyəsində qeydə alınıb. Qiymətlərin enməsi Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı xəbərlər, həmçinin 18 iyun tarixində ABŞ və İran arasında Yaxın Şərqdə münaqişənin başa çatdırılması ilə bağlı memorandumun imzalanmasından sonra sürətlənib.

Qeyd edək ki, may ayında Avropada qazın orta birja qiyməti Yaxın Şərqdə gərginliyin təsiri ilə aprel ayı ilə müqayisədə 5% artaraq hər min kubmetr üçün 570,4 ABŞ dollarına yüksəlmişdi.

Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM