satellite   Azerspace-1: 11135 H 30000

Dövlət Su Ehtiyatları Agentliyi sosial şəbəkələrdə yayılan görüntülərə aydınlıq gətirib

Dövlət Su Ehtiyatları Agentliyi sosial şəbəkələrdə yayılan görüntülərə aydınlıq gətirib

Sosial şəbəkələrdə və bəzi media resurslarında yayılan görüntülərdə dənizə axıdılan çirkab suyu deyil, dibdərinləşdirmə işləri nəticəsində yaranan qumla qarışıq dəniz suyudur.

Bu barədə NTV-yə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib.

“Sosial şəbəkələrdə son günlər Şıxov çimərliyində dənizin içərisində iri diametrli boru vasitəsilə çirkab suya bənzər maddənin axıdılmasını əks etdirən görüntülər yenidən yayılmaqdadır. Qeyd edək ki, sözügedən görüntülər bir neçə ay əvvəl də kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə paylaşılmış, məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən operativ araşdırma aparılaraq ictimaiyyətə rəsmi açıqlama verilmişdi. Həmin araşdırma çərçivəsində Səbail rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Şıxov çimərliyinə və ətraf ərazilərə baxış keçirilib. Müəyyən edilib ki, sözügedən ərazidə gəmilərin yanalmasını təmin etmək məqsədilə müvafiq işlər aparılır. Belə ki, gəmilərin limana təhlükəsiz yanalmasını təmin etmək üçün xüsusi təyinatlı gəmilər vasitəsilə dənizin dibində dibdərinləşdirmə işləri həyata keçirilir. Bu proses zamanı dəniz dibindən çıxarılan qum və çöküntülərlə qarışmış su xüsusi boru vasitəsilə sahilə ötürülür. Araşdırmanın nəticələrinə əsasən, sosial şəbəkələrdə və bəzi media resurslarında çirkab su kimi təqdim edilən axıntının əslində çirkab su olmadığı, dibdərinləşdirmə işləri nəticəsində yaranan qumla qarışıq dəniz suyundan ibarət olduğu müəyyən edilib. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti ictimaiyyəti yalnız rəsmi mənbələr tərəfindən təsdiqlənmiş məlumatlara etibar etməyə çağırır”, - deyə məlumatda qeyd olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM