Bu ilin yanvar–iyun aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 118,3 milyon manatdan çox vəsait daxil olub.
NTV Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 milyon manat və ya 2,2 % çoxdur.
Qeyri-dövlət sektorundan büdcəyə daxilolmalar 84,4 milyon manat təşkil edib. Bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,6 milyon manat və ya 8,4 % artıb.
Hesabat dövründə ödənilən vergilərin 71,4 %-i qeyri-dövlət sektorunun, 28,6 %-i isə dövlət sektorunun payına düşüb.
Bundan başqa, ilin ilk yarısında muxtar respublikada işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,4 % artaraq 2,4 milyon manata yaxın olub.
