satellite   Azerspace-1: 11135 H 30000

Bakıda "OPEC+" Əməkdaşlıq Xartiyasının Texniki Komitəsinin iclası keçirilir

Bakıda "OPEC+" Əməkdaşlıq Xartiyasının Texniki Komitəsinin iclası keçirilir

Bu gün Bakıda "OPEC+" Əməkdaşlıq Xartiyasının (Charter of Cooperation – CoC) Texniki Komitəsinin ilk iclası keçirilir.

NTV xəbər verir ki, iclasda OPEC-in Baş katibi Heysəm əl-Qaysın rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyəti iştirak edir.

Azərbaycan tərəfi tədbirdə energetika naziri Pərviz Şahbazovun rəhbərliyi ilə təmsil olunur.

İclasda OPEC-ə üzv ölkələrin və Əməkdaşlıq Xartiyasında iştirak edən dövlətlərin nümayəndələri bir araya gəlib. Görüşdə dəyişən qlobal enerji mənzərəsi fonunda enerji sahəsində əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə olunur.

İclas çərçivəsində Texniki Komitənin sədrinin seçilməsi nəzərdə tutulur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM