satellite   Azerspace-1: 11135 H 30000

Pərviz Şahbazov: Azərbaycan qlobal enerji dialoqunun aparıcı mərkəzlərindən birinə çevrilib

Pərviz Şahbazov: Azərbaycan qlobal enerji dialoqunun aparıcı mərkəzlərindən birinə çevrilib

Azərbaycan bu gün təkcə zəngin neft irsi ilə deyil, həm də qlobal enerji dialoqunun aparıcı mərkəzlərindən biri kimi tanınır.

NTV xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən OPEC+un Əməkdaşlıq Xartiyası üzrə ilk iclasındakı çıxışı zamanı deyib.

Nazir bildirib ki, Azərbaycanın bu tədbirə ev sahibliyi etməsi ölkənin həm qlobal enerji sənayesinin tarixində, həm də müasir beynəlxalq enerji əməkdaşlığının inkişafındakı roluna verilən yüksək qiymətin göstəricisidir.

“Bakıda beynəlxalq əməkdaşlığı təşviq edən təşəbbüslər irəli sürülür, qlobal enerji gündəliyinin strateji məsələləri müzakirə edilir və gələcək enerji siyasətini formalaşdıran mühüm qərarlar üçün platforma yaradılır. Azərbaycan enerji sahəsini təkcə iqtisadi inkişafın əsas dayaqlarından biri deyil, həm də etibarlı tərəfdaşlıq, qarşılıqlı etimad və ortaq məsuliyyətin simvolu kimi qiymətləndirir və bu prinsiplər əsasında qlobal enerji təhlükəsizliyinin, bazar sabitliyinin və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verməyə davam edir”, - deyə P.Şahbazov qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM