OPEC+ çərçivəsində Əməkdaşlıq Xartiyasının ilk iclasının Bakıda keçirilməsi qlobal enerji əməkdaşlığında yeni mərhələnin başlanğıcıdır.
NTV xəbər verir ki, bu sözləri Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays OPEC+-un Əməkdaşlıq Xartiyası üzrə ilk iclasında çıxışı zamanı deyib.
O bildirib ki, OPEC ilə Azərbaycan arasında münasibətlər OPEC+ çərçivəsində Əməkdaşlıq Bəyannaməsi əsasında uzun illər ərzində daha da möhkəmlənib.
“Bakı neft sənayesinin beşiyi olmaqla yanaşı, enerji tarixində bir çox ilkə imza atmış şəhərdir. Burada ilk dəniz neft quyuları qazılıb, ilk mexaniki üsulla qazılmış neft quyusu istifadəyə verilib və dünyada ilk neft tankeri istismara buraxılıb. 2026-cı ildə Bakı daha bir mühüm ilkə – OPEC+ Əməkdaşlıq Xartiyasının ilk iclasına ev sahibliyi edir. Bu görüş neft istehsalçıları, istehlakçılar, investorlar və bütövlükdə qlobal iqtisadiyyat üçün mühüm əhəmiyyət daşıyır”, - deyə o diqqətə çatdırıb.
