Bu ilin yanvar–iyun aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən 22 min 359 şəxs qəbul edilib.
Dövlət Vergi Xidmətindən NTV-yə bildirilib ki, mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və digər məsələlərlə bağlı 31 mjn 989 xidmət göstərilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz çoxdur. Ümumi xidmətlərin 82 faizini 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib.
Yanvar–iyun aylarında vergi ödəyicilərinə 577 min 416 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib, onlarla 64 görüş keçirilib, 372 sayda ünvanlı xidmət göstərilib. Həmin dövrdə 2338 müraciət üzrə 3986 “Asan İmza” sertifikatı verilib.
