satellite   Azerspace-1: 11135 H 30000

Slovakiya Milli Bankı ilə institusional əlaqələrin daha da möhkəmləndirilməsinə dair fikir mübadiləsi aparılıb - FOTOLAR

Slovakiya Milli Bankı ilə institusional əlaqələrin daha da möhkəmləndirilməsinə dair fikir mübadiləsi aparılıb<font color=red> - FOTOLAR</font>

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov ölkəmizdə səfərdə olan Slovakiya Milli Bankının sədri Peter Kazımirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AMB-dən NTV-yə  bildirilib ki, görüş zamanı kapital bazarları və sığorta sektorunun tənzimlənməsi, nəzarət çərçivələrinin müasirləşdirilməsi, maliyyə sabitliyinin təmin olunması, maliyyə savadlılığının artırılması, eləcə də rəqəmsal dələduzluqla mübarizə və istehlakçı hüquqlarının qorunması mexanizmlərinin təkmilləşdirilməsi sahələrində əməkdaşlıq üçün əhəmiyyətli potensialın olduğu vurğulanıb.

Görüşdə, həmçinin qurumlar arasında institusional əlaqələrin daha da möhkəmləndirilməsi və əməkdaşlığın dərinləşdirilməsi istiqamətində həyata keçiriləcək təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM