satellite   Azerspace-1: 11135 H 30000

Altı ayda 33,1 milyard manatlıq sənaye məhsulu istehsal edilib

Altı ayda 33,1 milyard manatlıq sənaye məhsulu istehsal edilib

Bu ilin yanvar-iyun aylarında sənaye sektorunda 33,1 milyard manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,1 faiz çox sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən NTV-yə bildirilib ki, emal sənayesində cari ilin yanvar-iyun aylarında 10 milyard 912,6 milyon manat məbləğində və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 2,5 faiz çox məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

Emal sənayesində yanvar-iyun aylarında daha çox artım avtomobil, qoşqu və yarımqoşquların istehsalı (2,2 dəfə), əczaçılıq məhsullarının istehsalı (+35,5 faiz), toxuculuq sənayesi (+34 faiz), dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı (+20,6 faiz), maşın və avadanlıqların quraşdırılması və təmiri işləri (+20,5 faiz), tütün məmulatlarının istehsalı (+19,4 faiz), kağız və karton istehsalı (+11,1 faiz), qida məhsullarının istehsalı (+9,9 faiz), metallurgiya sənayesi (+6,6 faiz), tikinti materiallarının istehsalı (+4,7 faiz) sahələrində olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM