satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstanla Azərbaycan arasında ticarət həcmi 5 ay ərzində 150 milyon dolları keçib

Qazaxıstanla Azərbaycan arasında ticarət həcmi 5 ay ərzində 150 milyon dolları keçib

Qazaxıstanın Azərbaycanla xarici ticarət dövriyyəsi 2026-cı ilin yanvar-may aylarında 150 milyon dolları keçib.

NTV Qazaxıstan Milli Statistika Bürosuna istinadla xəbər verir ki, bu ölkənin Azərbaycana ixracı 127,7 milyon dollara çatıb. Azərbaycandan Qazaxıstana idxalın həcmi isə 22,5 milyon dollar təşkil edib.

Qazaxıstanın ümumi xarici ticarət dövriyyəsinin 0,3 faizi Azərbaycanın payına düşür. Ölkənin Qazaxıstan ixracında payı 0,4 faiz, idxalında isə 0,1 faiz olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM