satellite   Azerspace-1: 11135 H 30000

"Azəristiliktəchizat" ASC vətəndaşlara müraciət edib

"Azəristiliktəchizat" ASC vətəndaşlara müraciət edib

İstilik mövsümünə hazırlıq işləri çərçivəsində istilik təchizatı sisteminə müntəzəm olaraq yoxlama (sınaq) suyu verilir və sistemin texniki vəziyyətinin yoxlanılması həyata keçirilir.

NTV xəbər verir ki, bu barədə "Azəristiliktəchizat" ASC məlumat yayıb.

Qurum bununla əlaqədar olaraq, istehlakçılardan mənzillərində istilik sistemi ilə bağlı aparılan təmir, quraşdırma və ya dəyişiklik işlərini qısa müddətdə yekunlaşdırmağı, radiatorların, boru xətlərinin və istilik avadanlıqlarının tam hazır vəziyyətdə olmasını təmin etməyi xahiş edib.

Qeyd olunub ki, vaxtında görüləcək hazırlıq işləri istilik mövsümü ərzində sistemin təhlükəsiz, etibarlı və fasiləsiz fəaliyyətinin təmin edilməsinə, həmçinin mümkün qəza hallarının qarşısının alınmasına xidmət edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM