Azərbaycan Serbiya və Gürcüstanla maliyyə sahəsində əməkdaşlıq edə bilər.
NTV xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin yarım illik hesabatında bildirilir.
Sənədə əsasən, bu ilin I yarısında qurumda Serbiya və Gürcüstanın maliyyə nazirlikləri ilə əməkdaşlıq haqqında Anlaşma Memorandumlarının layihələri hazırlanıb.
