satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda daha bir faydalı qazıntı yatağı hərraca çıxarılır

Azərbaycanda daha bir faydalı qazıntı yatağı hərraca çıxarılır

Sentyabrın 16-da Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti dəfə hərrac keçirəcək.

NTV  bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, hərracda İsmayıllı rayonunda yerləşən "Girdimançay-I" (13.0 ha) qum-çınqıl yatağı investorlara təklif olunacaq.

İddiaçılar hərracda iştirakla bağlı sənədləri sentyabrın 9-u, saat 18:00-a qədər "Bakı KOB evi"nə (Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə) təqdim edə bilərlər.

Əsas şərtlər tоplusunu əldə etmək və hərracda iştirak üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilərlər. Hərrac Əmlak Xidmətləri Məkanında keçiriləcək.

Elan ilə Hərracların Təşkili Mərkəzinin rəsmi saytına (auksion.gov.az) daxil olub tanış olmaq mümkündür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM