satellite   Azerspace-1: 11135 H 30000

ADB Biləcəri–Yalama dəmir yolunun modernləşdirilməsi üzrə hazırlığa başlayıb

ADB Biləcəri–Yalama dəmir yolunun modernləşdirilməsi üzrə hazırlığa başlayıb

Asiya İnkişaf Bankı (ADB) Biləcəri–Yalama dəmir yolu sahəsində elektrifikasiya, siqnallaşdırma və telekommunikasiya sistemlərinin modernləşdirilməsi layihəsinin idarə edilməsi üzrə xidmətlərin göstərilməsi üçün məsləhətçilərin seçilməsi proseduruna başlayıb.

NTV ADB-yə istinadən xəbər verir ki, konsultasiya xidməti üzrə müqavilənin təxmini dəyəri 2,088 milyon ABŞ dolları təşkil edir.

Bankın məlumatına görə, layihənin icra müddəti 54 aydır, işlərin ilkin olaraq 2027-ci il fevralın 1-də başlanması planlaşdırılıb.

ADB layihənin icrası üçün 325 milyon ABŞ dolları məbləğində kreditin ayrılması imkanını nəzərdən keçirir. Layihə 2026-cı il yanvarın 26-30-da təhlil edilib, kreditin isə 2027-ci il iyunun 17-də təsdiqlənməsi gözlənilir.

Layihəni ADB, Asiya İnfrastruktur İnvestisiya Bankı və Azərbaycan hökumətinin birgə maliyyələşdirməsi planlaşdırılır.

Yeni tərəfdaşlıq strategiyası çərçivəsində ADB Azərbaycana 2,5 milyard ABŞ dollarına qədər maliyyə vəsaiti ayırmağı planlaşdırır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM