satellite   Azerspace-1: 11135 H 30000

Avropada təbii qazın qiyməti cüzi artıb

Avropada təbii qazın qiyməti cüzi artıb

Çərşənbə axşamı ticarət əməliyyatlarının əvvəlində Avropada təbii qazın qiyməti 0,8 % artıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Londonun “ICE Futures” birjasına istinadən xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) təbii qazın mart fyuçersləri 1 000 kubmetr üçün 579,8 ABŞ dolları səviyyəsində başlayıb.

Daha sonra onların dəyəri 576,8 ABŞ dollara (+0,8 %) düşüb. Dinamika əvvəlki ticarət günü qeydə alınmış hesablaşma qiymətinə (1 000 kubmetr üçün 572,1 ABŞ dolları) əsasən hesablanır.

Xatırladaq ki, yanvarın 17-də Avropada təbii qazın qiyməti 2021-ci il avqustun 31-dən bəri ilk dəfə 600 ABŞ dollarından aşağı düşüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM