satellite   Azerspace-1: 11135 H 30000

OPEC 2023-cü il üçün gündəlik qlobal neft tələbatı üzrə proqnozunu yüksəldib

OPEC 2023-cü il üçün gündəlik qlobal neft tələbatı üzrə proqnozunu yüksəldib

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) cari il üçün gündəlik qlobal neft tələbatı ilə bağlı proqnozunu yüksəldib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir.

Hesabata görə, 2023-cü il qlobal gündəlik neft tələbatının 101,87 milyon barel səviyyəsində olacağı gözlənilir. Neft tələbatının artım tempi isə 2,32 milyon barel olacaq.

2022-ci ilin proqnozunda qlobal gündəlik neft tələbatı 99,55 milyon barel təşkil edib. Belə ki, ötən il neft tələbatının artım tempi 2,54 milyon barel səviyyəsində olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM