satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda avqust ayı üzrə vergi daxilolmaları 60 faiz artıb

Naxçıvanda avqust ayı üzrə vergi daxilolmaları 60 faiz artıb

Naxçıvan televiziyası xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında (MR) vergi daxilolmalarında müsbət dinamika davam edir. 2023-cü ilin 8 ayında muxtar respublikanın Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə büdcəyə 106,8 milyon manatdan çox vergi daxil olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 41 faiz və ya 31 milyon manat çoxdur. Naxçıvan MR DVX-də qeydiyyatda olan vergi ödəyiciləri üzrə vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 50 faiz və ya 35 milyon manat artıb.

Cari ilin avqust ayı üzrə vergi daxilolmalarında 2022-ci ilin müvafiq dövrünə nisbətən 60 faiz və ya 6 milyon manat artım qeydə alınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM