satellite   Azerspace-1: 11135 H 30000

Şahin Bağırov: "Ağbənddə yeni keçid məntəqəsinin layihələndirilməsi gedir"

Şahin Bağırov: "Ağbənddə yeni keçid məntəqəsinin layihələndirilməsi gedir"

Zəngəzur dəhlizi istiqamətində gömrük xidmətlərinin fəaliyyətini təkmilləşdirmək üçün Ağbənddə yeni keçid məntəqəsinin layihələndirilməsi işləri aparılır.

Naxçıvan televiziyası xəbər verir ki, bunu jurnalistlərin sualına cavab olaraq Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov deyib.

"Daha sonra isə tikinti işlərinə başlanacaq", - Ş. Bağırov əlavə edib.

O bildirib ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi və inkişafı istiqamətində Azərbaycan dövləti tərəfindən mütəmadi işlər görülür. "Gömrük xidməti olaraq proseslərin içərisindəyik. Zəngəzur dəhlizi istiqamətində də işlər gedir. Keçid məntəqələrinin inkişafı üzrə işlər aparılır. Yeni layihələndirmə işləri görülür və növbəti mərhələdə tikinti işlərinə başlanacaq".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM