satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda istehlakçılara 652 min manatdan çox ƏDV məbləği qaytarılıb

Naxçıvanda istehlakçılara 652 min manatdan çox ƏDV məbləği qaytarılıb

Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətindən Naxçıvan televiziyası-a bildirilib ki, 2023-cü ilin 1 noyabr tarixinə muxtar respublika ərazisində 2.212 ədəd yeni nəsil NKA quraşdırılıb. Yanvar-oktyabr aylarında belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 175,7 milyon manatdan çox olub.

Həmin dövr ərzində “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 652,2 min manatdan çox, təkcə oktyabr ayında isə 98,9 min manat ƏDV məbləği geri qaytarılıb. Yanvar ayı ilə müqayisədə oktyabr ayında istehlakçılara qaytarılan məbləğ 4,7 dəfə artıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM