satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda yerin təki sahəsinin istifadəyə verilməsi üzrə növbəti auksion təşkil edilib - FOTOLAR

Naxçıvanda yerin təki sahəsinin istifadəyə verilməsi üzrə növbəti auksion təşkil edilib<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən yerin təkinin istifadəyə verilməsi üzrə auksion keçirilib.

Nazirlikdən Naxçıvan televiziyası-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının Şərur rayonu ərazisində yerləşən “Arpaçay” çınqıl-qum qarışığı yatağından ayrılmış sahə (6,3 ha) auksiona çıxarılıb. 

Keçirilən auksionda ən yüksək qiymət təklifi ilə “Gəmiqaya Beton Məmulatları Kompleksi” MMC 28 min 500 manat məbləğlə auksionun qalibi olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM