Azərbaycan Mərkəzi Bankının lisenziyasını ləğv etdiyi “Naxçıvan Sığorta” ASC kreditorlarına müraciət edib.
Naxçıvan televiziyası bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar tələblərini 2 ay ərzində Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 4 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, "Naxçıvan Sığorta" 2014-cü ildə yaradılıb, Azərbaycanın yeganə regional sığorta şirkətidir. Onun nizamnamə kapitalı 7 milyon manatdır. Şirkətin səhmdarı 100 % "Naxçıvan Bank" ASC-dir.
