satellite   Azerspace-1: 11135 H 30000

Prezidentin xüsusi nümayəndəsi: "2026-cı ilin sonunadək Ağdam və Füzuli şəhərləri ilə yanaşı, 22 kənd də bərpa olunacaq"

Prezidentin xüsusi nümayəndəsi: "2026-cı ilin sonunadək Ağdam və Füzuli şəhərləri ilə yanaşı, 22 kənd də bərpa olunacaq"

"2026-cı ilin sonunadək Ağdam şəhərindən başqa 12 kənd və Füzuli şəhərindən başqa da 10 kənd bərpa olunaraq təhvil veriləcək".

Naxçıvan televiziyası-ın məlumatına görə, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

Onun sözlərinə görə, artıq Füzuli şəhərinə köçmüş vətəndaşlarla mütəmadi iş aparılır: "Onların məşğulluğunun təmin olunması ilə bağlı bütün zəruri tədbirlər görülüb. Hazırda 333 ailə orada məskunlaşıb. Bu yaxınlarda orada əmək yarmarkası da keçirilib. İlk dəfə olaraq sakinlərimiz 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni İli öz doğma torpaqlarında qeyd edəcəklər".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM