satellite   Azerspace-1: 11135 H 30000

“Mənim ailə büdcəm” adlı dərsdənkənar vəsaitin təqdimatı olub - FOTOLAR

“Mənim ailə büdcəm” adlı dərsdənkənar vəsaitin təqdimatı olub<font color=red> - FOTOLAR</font> “Mənim ailə büdcəm” adlı dərsdənkənar vəsaitin təqdimatı olub<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı əsasında maliyyə savadlılığının artırılması çərçivəsində “Mənim ailə büdcəm” adlı dərsdənkənar vəsaitin təqdimatı olub.

Ümumtəhsil məktəblərinin dərnək rəhbərləri və şagirdlərinin iştirak etdiyi tədbirdə çıxış edənlər dərsdənkənar vəsaitin xüsusilə şagirdlər üçün faydalı tərəflərini diqqətə çatdırıblar. Bilidirilib ki, yeni nəşr gənclərin maliyyə sahəsində biliklərinin yüksəldilməsi, ailə büdcəsinin planlaşdırılması, qənaət və yığım vərdişlərini artırmaqla gələcəyə dair iqtisadi planlar qurmaları üçün mühüm əhəmiyyət daşıyır.

Tədbirdə dərsdənkənar vəsaitlə bağlı sualları cavablandıran bir qrup şagirdə Maliyyə Tədris Mərkəzinin sertifikatı təqdim edilib. Sertifikatın üzərində və dərsdənkənar vəsaitin arxasında yerləşdirilmiş QR kod şagirdlərin dərsdənkənar vəsaitdən istifadəsini daha da əlçatan edir.

Bundan başqa, məktəblərin kitabxanalarına 100 ədəd "Mənim ailə büdcəm" hədiyyə edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM