satellite   Azerspace-1: 11135 H 30000

“Tesla” Meksikada zavod inşasında vergi güzəştlərindən yararlanacaq

“Tesla” Meksikada zavod inşasında vergi güzəştlərindən yararlanacaq

Meksika hökuməti ABŞ-nin “Tesla” şirkətinə ölkədə zavod inşa etmək üçün 153 milyon ABŞ dolları dəyərində vergi güzəştləri verib.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bu barədə Meksikanın Nuevo-Leon ştatının hökuməti məlumat yayıb.

Bildirilib ki, təsdiq edilmiş güzəştlər zəruri nəqliyyat infrastrukturunun yaradılmasına töhfə verəcək və şirin su çatışmazlığı problemlərinin həllinə kömək edəcək.

Qeyd edilib ki, “Tesla” zavodun yaradılmasına ilkin olaraq 4,5 milyard ABŞ dolları sərmayə qoyacaq və bu, ştat tarixində rekord göstərici olacaq.

Daha əvvəl Nuevo-Leon ştatının qubernatoru Samuel Qarsiya məlumat vermişdi ki, Meksikada “Tesla”nın zavodu təxminən 9 aya inşa edilə bilər. Müəssisə ABŞ sərhədinə yaxın ərazidə - Santa-Katarina rayonunda yerləşəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM