satellite   Azerspace-1: 11135 H 30000

Bakı şəhərində Naxçıvanın incəsənət nümayəndələrinin muxtariyyətin 100 illiyinə həsr olunmuş konserti keçiriləcək

Bakı şəhərində Naxçıvanın incəsənət nümayəndələrinin  muxtariyyətin 100 illiyinə həsr olunmuş konserti keçiriləcək

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası-a verilən məlumata görə, fevralın 14-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illik yubileyi münasibəti ilə Naxçıvanın incəsənət nümayəndələrinin konserti keçiriləcək. Musiqili gecədə Azərbaycan bəstəkarlarının əsərləri səsləndiriləcək.

Naxçıvanın incəsənət nümayəndələrini Naxçıvan Musiqi Kollecinin müəllimi, Əməkdar artist Elman Əliyevin rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri müşayiət edəcək. Orkestrin bədii rəhbəri və baş dirijoru Xalq artisti Ağaverdi Paşayevdir.

Konsertdə Azərbaycan Respublikasının əməkdar artistləri-Vilayət İsmayılov və Tural Nəcəfovun, Naxçıvan Muxtar Respublikasının əməkdar artistləri-Zülfiqar Mahmudov, Ruhiyyə Hüseynova və Aqib Seyidovun (kamança), Respublika və beynəlxalq müsabiqələr laureatları-Sevinc Babayeva (qanun) və solist İlkin Abdullayevin ifaları təqdim olunacaq. Musiqi şölənində, həmçinin Xalq artisti Gülyanaq Məmmədova da əsərlər ifa edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM