satellite   Azerspace-1: 11135 H 30000

Özbəkistan Prezidenti Azərbaycanın mədəniyyət nazirini qəbul edib

Özbəkistan Prezidenti Azərbaycanın mədəniyyət nazirini qəbul edib

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyunun 11-də Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Daşkənddə səfərdə olan mədəniyyət naziri Adil Kərimlini qəbul edib.

Mədəniyyət Nazirliyindən Naxçıvan televiziyası-a bildirilib ki, Adil Kərimli Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını dövlət başçısına çatdırıb.

Görüşdə Özbəkistanla Azərbaycan arasında strateji tərəfdaşlıq və humanitar sahədə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.

Bildirək ki, Daşkənddə Azərbaycan Mədəniyyəti Günləri iyunun 14-dək davam edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM