Xalq şairi Məmməd Arazın anım günü hörmətlə anılıb - FOTOLAR

Xalq şairi Məmməd Arazın anım günü hörmətlə anılıb<font color=red> - FOTOLAR</font> Xalq şairi Məmməd Arazın anım günü hörmətlə anılıb<font color=red> - FOTOLAR</font> Xalq şairi Məmməd Arazın anım günü hörmətlə anılıb<font color=red> - FOTOLAR</font> Xalq şairi Məmməd Arazın anım günü hörmətlə anılıb<font color=red> - FOTOLAR</font> Xalq şairi Məmməd Arazın anım günü hörmətlə anılıb<font color=red> - FOTOLAR</font> Xalq şairi Məmməd Arazın anım günü hörmətlə anılıb<font color=red> - FOTOLAR</font>

NUHÇIXAN xəbər verir ki, noyabrn 29-da Xalq şairinin Ev Muzeyində təşkil edilən anım günü tədbirini giriş sözü ilə muzeyin direktoru Əzizə Süleymanova açıb. O bildirib ki, 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nursu kəndində anadan olan görkəmli söz ustadı Məmməd Araz ədəbiyyat tariximizdə Azərbaycanın milli istiqlaliyyəti, birliyi və ərazi bütövlüyü uğrunda öz qələmilə mübarizə aparan sənətkarlardır. Təsadüfi deyil ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra vətənin ən ali mükafatı sayılan “İstiqlal” ordeninə layiq görülmüş şairlərdən biri də məhz Məmməd Araz olub. Ümummilli Lider Heydər Əliyev Məmməd Araz yaradıcılığına və şəxsiyyətinə hər zaman böyük diqqət göstərib. Ölkə Prezidenti cənab İlham Əliyevin “Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı ilə şairin yubileyi dövlət səviyyəsində qeyd olunub, xatirəsi müxtəlif ünvanlarda əbədiləşdirilib.

Sonra Naxçıvan Yazıçılar Birliyinin üzvü, şair Zeyqəm Vüqar, Naxçıvan televiziyasının baş redaktoru Fariz Əhmədov, Nursu kənd tam orta məktəbin müəllimi və başqaları şairin Azərbaycan ədəbiyyatında istiqlal düşüncəsinin və milli birliyin təbliğindəki rolundan danışıb. Çıxışlarda vurğulanıb ki, dərin məzmunlu, oxunaqlı və milli mündəricəli şeirlərilə Məmməd Araz vətəndaş qeyrətli ədəbiyyat nəhəngidir. Bu görkəmli şair həm də milli azadlıq ideyalı əsərlərilə istiqlal şairi olaraq əbədi şöhrət qazanıb. Bildirilib ki, şair oxunaqlı, sənətkarcasına yazılmış poeziya nümunələrində ana dilinin üslub imkanlarından qeyri-adi dərəcədə yararlanıb, dilimizin bütün zənginliyi, dərinliyi, əlvanlığı şairin poetik misralarında əks olunub.

Sonra Nursu kənd tam orta məktəbinin şagirdləri şairin şeirlərini bədii qiraət ediblər.

Yubiley tədbiri muzey ekspozisiyasına baxışla yekunlaşıb.

 

Xəbər lenti
Vəfa simvolu - FOTOLAR

11:54 13.12.2024

Paşinyan Moskvaya gedib

10:06 13.12.2024

Çox oxunan xəbərlər

CANLI YAYIM