Naxçıvan rəssamlarının Beynəlxalq Qadınlar Günü münasibətilə sərgisi - VİDEO

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərində açıq səma altında 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunan “İlahi zəriflik” adlı  sərgi təşkil olunub.

Sərginin açılış mərasiminin əvvəlində Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Naxçıvan Rəssamlar Birliyinin sədri, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva qeyd edib ki, sərgiyə təqdim olunan əsərlərdə yalnız Azərbaycan qadınının gücü, fədakarlığı və müdrikliyi vurğulanmır, eyni zamanda onun ruhunun incəliyi və qəlbində gizlənən mənəvi gözəllik də ön plana çəkilir.

Naxçıvan Musiqi Kollecinin direktoru Məhəbbət Babayeva, Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəli, Naxçıvan Müəllimlər İnstitutunun müəllimi, sənətşünas Nizami Alıyev və rəssam Qəhrəman Tağıyev çıxış edərək Azərbaycan qadınının cəsarəti, fədakarlığı və incəliyi barədə fikirlərini bölüşüb, onlara xoş arzularını və təbriklərini çatdırıblar.

Sərgi tamaşaçılar tərəfindən də maraqla qarşılanıb.

Sərgidə 23 rəssamın 70-ə yaxın rəsm və dekorativ-tətbiqi sənət əsərlərin nümayiş olunur.

 

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM