satellite   Azerspace-1: 11135 H 30000

"Qodonun intizarında" tamaşasına ictimai baxış olub

"Qodonun intizarında" tamaşasına ictimai baxış olub

.
   Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı tamaşaçılarını daha bir maraqlı səhnə əsəri ilə sevindirəcək. 
Bu, dünya şöhrətli İrland yazıçısı ,şair və dramaturq  Samuel Bekketin teatrın klassik nümunəsi olan " Qodonun intizarında " pyesidir. Müəllifin eyniadlı pyesi əsasında hazırlanan tamaşa bu dəfə teatrın direktoru, istedadlı rejissor Mir Qabil Əkbərovun quruluşunda səhnə təcəssümü tapıb.
İctimai  baxış  zamanı   teatrın direktoru Mir Qabil  Əkbərov  bildirib ki, tamaşanın xronometrajı bir saatdır, 4 nəfərlikdir.

Sonra Bədii Şuranın üzvləri tamaşa haqqında fikirlərini bildirərək yaradıcı heyətə uğurlar arzu ediblər.
Səhnə əsərində Azərbaycan Respublikasının  əməkdar artisti   Behruz Haxverdiyev  Vladimir, Zakir Fətəliyev  Estraqon, gənc aktyorlar Məmməd Mehdiyev Poçço və İsmayıl Mirzəcanov Lakki  obrazlarını məharətlə canlandırıblar.  

Qeyd edək ki, tamaşanın  rejissoru Mir Qabil Əkbərov,rejissor assistenti Leyla Yaqubova , quruluşçu rəssamı Araz Xudiyev, musiqi  tərtibatçısı İbrahim Əliyevdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM