satellite   Azerspace-1: 11135 H 30000

Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu işə başlayıb

Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu işə başlayıb

Ümumdünya Poçt İttifaqı (ÜPİ) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Azərpoçt” MMC-lə birgə təşkilatçılığı ilə mayın 13-də Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu keçirilir.

NTV  xəbər verir ki, “Növbəti üfüqlər: Gələcək mükəmməllik üçün elektron ticarət, innovasiya və təchizat zəncirinin naviqasiyası” mövzusuna həsr olunmuş forumda 30-dan çox ölkənin 150-dən artıq təmsilçisi iştirak edir. Onlar arasında milli poçt xidmətlərinin rəhbərləri, e-ticarət və texnologiya şirkətlərinin yüksəkvəzifəli nümayəndələri, eləcə də sahə üzrə beynəlxalq ekspertlər var.

Forumun məqsədi regional müzakirələr və müqayisələr, bilik mübadiləsi və innovasiyalar üçün strateji bir platforma yaratmaqdır. Müzakirələr qlobal tendensiyalar və rəqəmsal pozuntulara cavab olaraq poçt sektorunun transformasiyasına yönələcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM