satellite   Azerspace-1: 11135 H 30000

Ortaq kök və dəyərlər üzərində qurulan Azərbaycan–Macarıstan münasibətləri və bu münasibətlərin Türk birliyində yeri

Ortaq kök və dəyərlər üzərində qurulan Azərbaycan–Macarıstan münasibətləri və bu münasibətlərin Türk birliyində yeri

Məlum oluğu kimi, may ayının 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Macarıstana işgüzar səfərə gedib. Səfər çərçivəsində Budapeştdə Prezident İlham Əliyevin Macarıstanın Baş naziri Viktor eyni zamanda Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının qeyri-rəsmi Zirvə görüşündə iştirak edib. Hər iki ölkə liderlərinin də verdikləri bəyanatdan aydın oldu ki, beynəlxalq münasibətlər sistemində qarşılıqlı münasibətlərin qurulmasında və əməkdaşlığın dərinləşdirilməsində dövlətlərarası münasibətləri motivasiya edən çox mühüm faktorlar var. Macarıstanla Azərbaycan arasındakı münasibətlərdə də bu amilləri görmək mümkündür. Belə ki, Macarıstanın Baş naziri cənab Viktor Orban ölkəsinin qarşılaşdığı istənilən sahədə - diplomatiyada, neft-qaz sənayesində və digər sahələrdə üzləşdiyi istənilən çətinlik zamanı həmişə Prezident Əliyev macar xalqının yanında olduğunu bildirib, iki ölkə arasında yaxınlığın dərəcəsini ifadə edib, Azərbaycana münasibətdə rəsmi Bkının etibarlı tərəfdaş olması nümunəsini qeyd edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də öz növbəsində Viktor Orban haqqında müsbət fikirlər səsləndirərək Avropa İttifaqına daxil olan ölkənin öz milli maraqlarını qətiyyətlə qorumasını əsl qəhrəmanlıq adlandırdı, onun qətiyyət, cəsarət, müstəqillik kimi keyfiyyətlərini önə çəkdi, eyni zamanda hər iki ölkənin eyni çağırışılarla üz-üzə olduğunu, dost Macarıstana olan rəğbətini ifadə etdi və bunun əsas səbəblərindən biri kimi Avropa Birliyinin tərkibində ola-ola Azərbaycan kimi müstəqil siyasət yeritməsini diqqətə çatdırdı, daha da önəmlisi “Atillanın yurdu”nda bizim macarlarla ortaq kökündən danışdı. Əlbəttə, bu gün Azərbaycan-Macarıstan münasibətləri ortaq köklər və ortaq dəyərlər üzərində bərqərar olan münasibətlərdir.

Qeyd etmək lazımdır ki, Azərbaycanın Macarıstanla əməkdaşlıq etdiyi çoxtərəfli platformalardan biri də məhz Türk Dövlətləri Təşkilatıdır. Bu çərçivədə, Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlərin liderlərinin qeyri-rəsmi görüşünün keçirilməsi üçün məkan olaraq Budapeştin seçilməsi də nəinki Azərbaycan-Macarıstan arasındakı münasibətlərin, eyni zamanda Türk birliyi arasındakı münasibətlərin də səmimiyyətindən xəbər verir.

Macarıstanla tarixi bağların dərinliyi münasibətlərimizə xüsusi təkan verməklə yanaşı, daha səmimi tellər üzərində qurulmasını da təmin edir. Bu bir həqiqətdir ki, Türk Dövlətləri Təşkilatı güc coğrafiyasını genişləndirir və bu məsələdə Macarıstan açar amillərdən biridir.

 

Emin Şıxəliyev

Naxçıvan MR Ali Məclisinin deputatı,

Naxçıvan Dövlət Universitetinin dosenti,

tarix elmləri doktoru

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM