satellite   Azerspace-1: 11135 H 30000

Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı başlayır

Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı başlayır

Sentyabrın 18-də ölkəmizdə dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş XVII Beynəlxalq Musiqi Festivalı başlayır.

Bu barədə NTV-yə  Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Türk Mədəniyyəti və İrsi Fondu, eləcə də ICESCO-nun dəstəyi ilə reallaşacaq festival sentyabrın 28-dək davam edəcək.

Bakı, Sumqayıt, Şuşa, Gəncə, Ağcabədi, Naxçıvan və Qazax şəhərlərində keçiriləcək tədbirlər çərçivəsində möhtəşəm konsertlər, tamaşalar, sərgilər, elmi simpozium və ustad dərsləri təşkil olunacaq.

Festivalda Azərbaycan musiqiçiləri ilə yanaşı Türkiyə, ABŞ, Almaniya, Fransa, İsveçrə, Koreya Respublikası və digər ölkələrdən tanınmış ifaçılar və musiqişünaslar çıxış edəcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM