satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan "Tağıyev: Neft" filmini "Oskar" mükafatına namizəd kimi təqdim edib

Azərbaycan "Tağıyev: Neft" filmini "Oskar" mükafatına namizəd kimi təqdim edib

Azərbaycan "Tağıyev: Neft" filmini "Ən yaxşı beynəlxalq bədii film" kateqoriyasında Kino Akademiyasının 98-ci "Oskar" mükafatına namizəd kimi təqdim edib.

Bu barədə NTV-nin sorğusuna cavab olaraq Azərbaycan Film Seçimi Komitəsinin sədri kinorejissor Şamil Əliyev məlumat verib.

Ş.Əliyev filmin "Oskar" mükafatına təqdim edilməsinin milli kinonun beynəlxalq miqyasda tanınmasına töhfə verəcəyini qeyd edib.

Məlumat üçün xatırladaq ki, "Tağıyev: Neft" filmi "Bakı Media Mərkəzi" tərəfindən Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyilə istehsal olunub.

Ekran işi Azərbaycan iqtisadi və mədəni həyatında mühüm rol oynamış görkəmli neft maqnatı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin qeyri-adi həyatını və irsini işıqlandırır.

Filmin prodüseri Arzu Əliyeva, quruluşçu rejissoru Zaur Qasımzadədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM